Kürdəmirdə yük maşını piyadanı vurub öldürdü

IMG_9043

Kürdəmirdə yük maşını piyadanı vurub öldürüb.

xia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib. 1969-cu il təvəllüdlü Müşfiq Nəsir oğlu Nəsirov idarə etdiyi MAN markalı avtomobillə Kürdəmir şəhəri ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1949-cu il təvəllüdlü Teyyub Ələmdar oğlu Əliyevi vurub. T.Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.