Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form
  • Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib Cəmiyyət
  • Direktorların işə qəbulu üzrə 975 nəfər müsahibədə iştirak hüququ qazanıb Təhsil
  • Beyləqanda Həmrəylik Günü və Yeni il qeyd olundu.  Siyasət
  • Bakıda dəhşətli qətl: Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü – Qanlı hadisənin şahidi danışdı Hadisə
  • Bu məktəblərə yeni direktorlar təyin edildi Cəmiyyət
  • Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb? Siyasət
  • Bakıda 8 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb Hadisə
  • Qusarın bəzi ərazilərində qaz olmayacaq Cəmiyyət

“Qardaşım qucağında körpəsi ilə şəhid oldu” – 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi

Posted on 26 Fevral 202626 Fevral 2026 By Redaktor

Bir gecədə səkkiz, daha sonra isə ümumilikdə on bir şəhid verən ailə düşünün. Bu ailə xəyali obraz yox, realdır. Söhbət Xocalı faciəsində 11 yaxınını itirən Zərif Zəkəra qızı Quliyevadan gedir. Onun səsində həm illərin ağrısı, həm də bitməyən nisgil var. Zərif Quliyeva 1992-ci ilin fevralında atasını, anasını, qardaşlarını və körpə doğmalarını bir-bir itirən qadındır. Onun sözlərinə görə, illər keçsə də, Xocalıya hər dönüşündə dağıdılmış evlərin divarları arasında həmin gecənin səsləri yenidən canlanır.

Oxu.Az Zərif Quliyeva ilə həmsöhbət olub.

Qardaşım qucağında körpəsi ilə şəhid oldu - 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi

Xocalı şahidi sözlərinə belə başlayıb:

“1980-ci ildə Xocalıda anadan olmuşam. Hadisələr baş verəndə mən Ağdamda idim. Amma ailə üzvlərimin hamısı Xocalıda idi.

Ailəmiz böyük idi. Atam, anam, iki qardaşım, bacılarım və onların ailələri kənddə yaşayırdılar. Kiçik qardaşım həyat yoldaşı və övladı ilə birlikdə atamla anamın yanında qalırdılar. Böyük qardaşımın isə ayrı təsərrüfatı var idi. Onun yoldaşı, bir oğlu və bir qızı vardı. Qızı sonradan şəhid oldu.

Qardaşım qucağında körpəsi ilə şəhid oldu - 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi

O vaxt vəziyyət çox ağır idi. Kənd mühasirə şəraitində yaşayırdı. Hamı qorxu içində idi. Ən çox da qadınların, qız-gəlinlərin və körpə uşaqların əsir düşməsindən qorxurdular. Camaat çalışırdı ki, əsir düşməsin”.

Zərif Quliyeva qeyd edib ki, Xocalı faciəsi olan gün ailə üzvləri pərən-pərən düşüblər:

“Atışma çox güclü idi, hər kəs canını qurtarmağa çalışırdı. Kiçik qardaşım ailəsinin aralı düşdüyünü eşidib geri qayıdıb ki, onları tapsın. O, çox mərd idi. Üstündə qumbara olduğu deyilib mənə. Qumbara ataraq dörd ermənidən qisas alıb. Daha sonra ona tərəf qumbara atılıb. Həmin partlayış zamanı qardaşım ağır yaralandığı üçün qucağındakı uşaqla orada şəhid olub. Böyük qardaşımın adı Əkbər, kiçik qardaşımın isə Taleh idi”.

Qardaşım qucağında körpəsi ilə şəhid oldu - 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi

O qeyd edib ki, Xocalı soyqırımında ailəsi çox ağır itkilər verib:

“Atam, anam, iki qardaşım, qardaşlarımın övladları, bacım, bacımın qızı, böyük bacımın oğlu – hamısı şəhid oldu. Bir gecənin içində səkkiz şəhid verdik. Sonrakı illərdə iki bacımın yoldaşları şəhid oldular. Ümumilikdə Quliyevlər ailəsi 11 şəhid verdi. Kəndimizdə ən çox şəhid verən ailə olduq. Böyük bacım həm şəhid ailəsi üzvüdür, həm də şəhid anasıdır. Onun 17 yaşlı oğlu atəş altında qalaraq həlak olub”.

Xocalı sakini qeyd edib ki, ermənilər sakinlərə çox ağır işgəncələr veriblər:

“İnsanlara amansız zülm edildi. Dürdanə Ağayeva adlı bir qadına ağır işgəncələr verildi. Körpə uşaqları öz həyətlərində qətlə yetirdilər. İnsanlara deyirdilər ki, “burada doğulmusan, burada da öləcəksən”. Bu vəhşilikləri sözlə ifadə etmək çətindir.

Qardaşım qucağında körpəsi ilə şəhid oldu - 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi

Hadisələrdən sonra Ağdamda xocalıları qarşılama mərasimində iki bacım gəldi. Qardaşlarımızdan xəbər yox idi. Daha sonra qardaşımın yoldaşı ilə səkkiz yaşlı qızı gəldi. Hər ikisi yaralı idi. Qardaşımın qızı qarnından güllə yarası almışdı və çox keçmədən dünyasını dəyişdi. Qardaşım isə qolundan güllə yarası almışdı.

Biz Ağcabədiyə getdik. Atamın əmisi oğlanları orada yaşayırdılar. Qardaşım, qardaşımın qızı və əmimin gəlini bizdən əvvəl oraya aparılmışdılar. Atamla anamdan isə hələ xəbər yox idi. Martın 5-i və 6-da atamın və anamın meyitləri gəldi. Martın sonlarında böyük qardaşımdan da xəbər çıxdı. Sonra bacımgilin meyitlərini gətirdilər. Onlar Ağdamda dəfn olundular. Həmin vaxt heç kim Ağdamın işğal olunacağını düşünmürdü. Başımız bir cənazədən digərinə qarışmışdı. Böyük qardaşım barədə bir müddət “sağdır, əsir düşüb” deyirdilər. Onu çox gözlədik. Ard-arda itkilər aldıq. Ermənilərin öldürdükləri böyük qardaşımın 29, kiçik qardaşımın 24, bacımın 26 yaşı vardı. Atam 53, anam 58 yaşında idi. Şəhid olan uşaqların səkkiz və iki yaşı vardı. Bacımın oğlu 17 yaşında idi. Çox ağırdır, danışmaq çətindir”.

Qardaşım qucağında körpəsi ilə şəhid oldu - 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi

Z.Quliyeva Xocalıya tez-tez səfər etdiyini dilə gətirib:

“Bəlkə də, 20 dəfə getmişəm. Portal vasitəsilə qeydiyyatdan keçib gedirik. İlk dəfə gedəndə balaca maşınla getmişdim. Oraya çatanda dəhşətli hadisələr gözümün qabağında canlandı. Əsirlərin saxlanıldığı yerlər, meşələr, dərələr, təpələr – hamısı qanlı xatirələrlə doludur. Başım dumanlandı, çox ağladım, qardaşlarımı çağırdım. Hətta ürək dərmanı verdilər. İndi hər il fevralın 26-da gedirik. Bütün şəhid qapılarına qərənfillər düzürük. Bizim küçədə çox şəhid var. Qonşularımızla birlikdə qucaq-qucaq güllər aparırıq.

Travma hələ də bizimlədir. Hər dəfə darvazadan içəri girəndə elə bil bir anlıq atamı, anamı, qardaşlarımı o evdə görürəm. Xoş günlərimiz kino lenti kimi gözümün qabağından keçir. Sonra birdən anlayıram ki, heç biri yoxdur. Evimizi dağıdıblar. İçəri girmişəm. Divarlar uçub, dam tökülüb. Həyət, darvaza, hər yer tanışdır”.

Qardaşım qucağında körpəsi ilə şəhid oldu - 11 doğmasını itirən Zərif Quliyevanın tükürpədən hekayəsi

O, çətin şəraitdə yaşadığını qeyd edib:

“Bir qızım, bir oğlum var. Qızım Bakıda, oğlum isə burada yaşayır, amma işi yoxdur. Sağlamlıq problemi var, ağır iş görə bilmir. Müalicə etdirmək də çətindir. Özüm maaş və pensiya ilə dolanıram. Yoldaşım 26 yaşım olanda Qazaxıstana getdi və qayıtmadı. Uzun illərdir xəbər yoxdur”.

Zərif Quliyeva sonda Xocalının soyqırımından əvvəlki günlərindən də danışıb:

“Xocalıda bayramlarımız çox gözəl keçirdi. Bayramqabağı xonçalar hazırlanardı, ehtiyacı olanlara, dərdli ailələrə paylanardı. Kişilər milli geyimdə gəzərdilər, şənliklər olardı. Çox gözəl xatirələrimiz var”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Almaniyada mühüm görüşlər keçirdi
Next Post: Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər

Related Posts

  • Salyanda avtomobilin vurduğu FHN əməkdaşının vəziyyəti açıqlandı Cəmiyyət
  • Vəfa Şərifovanı təhqir edən qadınla bağlı QƏRAR Cəmiyyət
  • Köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib Cəmiyyət
  • Sürücülərin diqqətinə Cəmiyyət
  • 31 dekabr-2 yanvar hava proqnozu açıqlandı Cəmiyyət
  • Nazirlikdə işdən çıxarılan Zaur İbrahimova yeni VƏZİFƏ VERİLDİ Cəmiyyət
Redaktor: Alim İbrahimov
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.
Saytdakı materiallardan istifadə edərkən aktiv linklə istinad olunması mütləqdir.

  • Abşeronda gənci məhəllədə arvadını öpdüyü üçün bıçaqladılar – “Ana-bacımız var…” Kriminal
  • İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib Siyasət
  • Hakimin ölümünə görə “Azəriqaz” əməkdaşına HÖKM OXUNDU Kriminal
  • Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi Dünya
  • Sabah Gədəbəyin 42 kəndində qaz kəsiləcək Cəmiyyət
  • Həbsdə olan Polkovnik-leytenanta görə şəhid ailələri ölkə başçısına müraciət etdilər. Cəmiyyət
  • Dənizdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edildilər Cəmiyyət
  • DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb Cəmiyyət

Powered by PressBook News WordPress theme