Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib:
Bildirilib ki, fevralın 27-də saat 15:10-da 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Başın əzilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmət göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”.
Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2018-ci il təvəllüdlü N.Mirzəyeva və 2021-ci il təvəllüdlü M.Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.