Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Hoteldəki faciəyə görə ayrıca cinayət işi

Posted on 27 Fevral 202627 Fevral 2026 By admin

Binəqədi rayonunda dörd gəncin elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirmələri ilə bağlı “Lake Hotel”in icarədarı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

xia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin hadisə ilə bağlı ayrıca cinayət işi də ayrılıb.

Yeni açılmış cinayət işi gənclərin ölümünə səbəb olan elektrik xəttinin Novxanı qəsəbəsində yerləşən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün çəkilməsi ilə bağlıdır.

Qalina Mehdiyevaya məxsus 102 hektarlıq ərazidə müxtəlif istehsal və emal müəssisələri fəaliyyət göstərib.

Hazırda faktla bağlı prokurorluqda hərtərəfli istintaq hərəkətləri aparılır. Araşdırmaya “AzərEnerji” ASC də cəlb olunub.

Cinayət işi çərçivəsində Mehdiyevlərin də ifadə verdiyi bildirilir.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Elektrik cərəyanı vurması nəticəsində “Lake Hotel”də işləyən dörd ofisiant həyatını itirib.

Kriminal

Yazı naviqasiyası

Previous Post: “Şamaxıda yeraltı təkanlar davam edir”
Next Post: Gəncədəki avtoqəzada yaralanan şəxsin vəziyyəti açıqlanıb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme