2 Türkiyə və 13 Tacikistan vətəndaşları Azərbaycana təxliyə olunublar – FOTO

IMG_9275

İrandan Astara sərhəd gömrük keçid məntəqəsi vasitəsilə iki Türkiyə vətəndaşının və İranda təhsil alan 13 Tacikistan vətəndaşının rahat şəraitdə Azərbaycana keçidi təmin edilib.

xia.az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanlar yaradılan imkana görə ölkəmizə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq, respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Türkiyə və Tacikistan vətəndaşları Azərbaycana təxliyə olunublar - FOTO