ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ölən hərbçilərin sayı məlum olub

IMG_9276

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı üç amerikalı hərbçi ölüb, daha beş nəfər isə ağır yaralanıb.

xia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“‘Epik qəzəb” əməliyyatı çərçivəsində döyüş zamanı üç amerikalı hərbi qulluqçu ölüb, beş nəfər ağır yaralanıb”, – “X” platformasında yayımlanan məlumatda bildirilir.

Komandanlıq əlavə edib ki, bir neçə hərbçi qəlpə yaraları və beyin silkələnməsi alıb. Onların sayı dəqiqləşdirilmir.