Bakı-Sumqayıt yolunda yük maşını arakəsməyə çırpıldı
Martın 8-də saat 22:40-da Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd olunub ki, 99-DD-640 dövlət qeydiyyat nişanlı MAN markalı yük avtomobilinin sürücüsü Abbas Əlicəfəroğlu İskəndərov idarəetməni itirərək maneəyə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bakı-Sumqayıt yolunun Abşeron Gənclər şəhərciyinin qarşısından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində MAN markalı yük maşını dəmir arakəsməyə çırpılıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.