Samuxda idarəetməni itirən sürücü avtomobili aşırdı

IMG_9881

Samux rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

xia.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Nicat Məmmədov idarə etdiyi “Khazar” markalı avtomobildə idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı sürücü Nicat Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.