Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

ABŞ səfirliyi yaxınlığındakı partlayışdan sonra ana və üç oğlu saxlanılıb

Posted on 14 Mart 202614 Mart 2026 By Admin_

Norveçin paytaxtı Osloda, ABŞ səfirliyi yaxınlığında baş verən partlayış işi üzrə ana və onun üç oğlu saxlanılıb.

Xia.Az xəbər verir ki, bu barədə Norveçin NRK teleradio şirkəti məlumat yayıb.

Prokurorluq saxlanılan şəxslərə partlayışla bağlı terrorçuluq ittihamı irəli sürüb və onların dörd həftə müddətinə həbsdə saxlanılmasını tələb edib.

Bildirilir ki, qardaşların ən kiçiyi diplomatik nümayəndəliyin binası yaxınlığında partlayıcı qurğunu yerləşdirdiyini etiraf edib. Digər saxlanılan şəxslər isə günahlarını etiraf etmirlər.

Prokurorluğun nümayəndəsi Kristian Hatlo bildirib ki, istintaq çərçivəsində yeni saxlanılmaların da ola biləcəyi istisna edilmir.

Bundan əvvəl Norveç polisi Osloda ABŞ səfirliyi yaxınlığındakı partlayışın təşkilində şübhəli bilinən iraqəsilli üç qardaşın saxlanıldığını açıqlamışdı. Hadisə martın 7-də, axşam saatlarında baş verib və səfirliyin binasının giriş hissəsinə ziyan dəyib, lakin xəsarət alan olmayıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Kirayə müqaviləsi olmayanları nə gözləyir?
Next Post: Xəzər dənizi sahilində quşların kütləvi ölümü
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme