Xəzər dənizinin Şüvəlan sahili boyunca kütləvi quş ölümü qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, sahilə səpələnmiş çox sayda ölü quş cəsədi ətrafdakılarda ciddi narahatlıq və maraq doğurub.
Xia.Az Xəzər TV-yə istinadən xəbər verir ki, çəkiliş qrupu ərazidə olarkən hər addımbaşı batağan quşlarının cəsədlərinə rast gəlib.