ABŞ-də benzin bahalaşdı

9zWZWKt2nABmSDY2pLhMeSKes8k8cmnJiraXAyEj_1200

ABŞ-də bir qallon (təxminən 3.7 litr) benzinin orta qiyməti 4 dolları keçib. Bu, 2022-ci ilin avqust ayından bəri rekord həddir.

Xia.az  xəbər verir ki, bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən “GasBuddy” portalı məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin şərq sahili vaxtı ilə saat 20:45-ə (Bakı vaxtı ilə çərşənbə axşamı 04:45 – red.) olan məlumata əsasən, “Regular” markalı benzinin bir qallonu 4.01 dollara bərabərdir. Yanacağın ən baha satıldığı ərazi isə Kaliforniya ştatıdır, belə ki, burada alıcılar bir qallon benzin üçün 5.86 dollar ödəməlidirlər.