Azərbaycan neftinin qiyməti maksimumuma çatdı

3KevepQBesmpzg0NXWEALidCp6VbS6fKqpuZAskz_1200

Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

Xia.az  xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3.81 ABŞ dolları və ya 3.07% artaraq 128.05 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 124.24 ABŞ dolları olub.

Xatırladaq ki, Azərbaycan nefti (“Azeri Light”) sonuncu dəfə 2022-ci ilin iyun ayında 128 dolları ötüb.