Sədr: “36 halda büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq”

QFkO1xUYA29AuconnGYib2Vf5mS5sH2tqfqF3QSE_1200

“2025-ci ilin iş planına əsasən, beş analitik fəaliyyət və səmərəlilik, maliyyə, uyğunluq auditi şəklində olmaqla 43 audit keçirilib”.

Xia.az  xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2025-ci ildə fəaliyyəti haqqında hesabatı haqqında Milli Məclisdəki çıxışı zamanı deyib.

Sədr: 36 halda büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq - FOTO

Qurum sədri qeyd edib ki, altı auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub:

“Nöqsan təsnifatı üzrə təhlillərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntu nisbəti ciddi dəyişməyib. Hər il nöqsanlar arasında ən yüksək paya malik olan büdcə qanunvericiliyi üzrə nöqsanlara gəldikdə bildirmək istərdim ki, 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq. Burada qurumlar tərəfindən proqnozlaşdırılma və icra prosesinə lazımi diqqət yetirilməməsi, yetərli maliyyə inzibatçılığının və fiskal intizamın təmin edilməməsi şəraitində aşkarlanmış nöqsanlar mühüm yer tutur. Bu nöqsanlar nəticəsində müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticəəsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə etmişik”.