Abbas Əraqçı: “ABŞ-nin İran limanlarını blokadaya alması müharibə aktıdır”
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ tərəfindən İran limanlarının blokadasını və ticarət gəmilərinin ələ keçirilməsini atəşkəs rejiminin pozulması adlandırıb.
Xia.az xəbər verir ki, İran XİN başçısı bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“İran limanlarının blokadası müharibə aktıdır və buna görə də atəşkəs rejiminin pozulmasıdır. Ticarət gəmisinə hücum və onun heyətinin girov götürülməsi isə daha böyük pozuntudur. İran məhdudiyyətlərlə mübarizə aparmağı, öz maraqlarını qorumağı və hədə-qorxulara müqavimət göstərməyi bacarır”, – deyə o qeyd edib.
