Tramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADI

YDszP3QIxYl5hMzNXX5H5mFKeGknXx5NV2ViAW1f_1200

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadılması barədə göstəriş verdiyini bildirib.

Xia.az  xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edən Pakistan hakimiyyəti ABŞ-dən İranla bağlı zərbələri dayandırmağı xahiş edib. Bu, ölkə rəhbərliyi və nümayəndələrinin vahid təklif hazırlamasına qədər qüvvədə olacaq.

“Buna görə də mən silahlı qüvvələrimizə blokadanı davam etdirmək, eyni zamanda hər an hərəkətə hazır vəziyyətdə qalmaq və İranın təklifi təqdim olunana, danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatmaq barədə göstəriş verdim”, – deyə Tramp bildirib.

Tramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADI