Dövlət büdcəsində ARTIM: Gəlirlər 9.6 milyardı keçdi

6AmRdh13oBwxPyVbAfvLi3Y5Im3rfTaNtEU9Z6PQ_1200

“2026-cı ilin yanvar-mart aylarında da dövlət büdcəsinin icrasında müsbət dinamika davam edib. İlin birinci rübü ərzində dövlət büdcəsi üzrə gəlirlər ümumilikdə 9.6 milyard manat olub ki, bu da proqnoza nisbətdə 5 faiz artımla icra deməkdir. Həmin dövr ərzində dövlət büdcəsinin xərcləri isə 7.8 milyard manatdan çox təşkil edib”.

Xia.az -ın məlumatına görə, bu barədə Sahil Babayev Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında deyib.

Nazir həmçinin icraya nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.