Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Türkiyədə Quru Qoşunlarının Aviasiya Komandanlığına məxsus “CH-47” tipli ağır nəqliyyat helikopteri qəzaya uğrayıb.
Xia.az “Dünya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hərbi helikopter təlim uçuşu zamanı naməlum səbəbdən Ankaranın Temelli bölgəsində qəzaya uğrayıb.
Qeyd edilir ki, qəza nəticəsində helikopter ekipajı arasında mənfi hal qeydə alınmayıb. Qəzanın baş vermə səbəbi araşdırılır.