ABŞ və İran arasında birbaşa danışıqların vaxtı açıqlanıb

L663CjRRj1Yt5YA2T3DKU4TG7H8gilX79GR9j8ES_1200


ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi planlaşdırılır.

Xia.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ nümayəndələri Cared Kuşner və Stiven Uitkoff əvvəlcə Pakistan vasitəçiləri ilə ikitərəfli görüşlər keçirəcək, bundan sonra isə İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş baş tuta bilər.

Bildirilir ki, Əraqçı aprelin 24-25-də Pakistan tərəfi ilə danışıqlar aparacaq və bu görüşlər ABŞ ilə danışıqların bərpasına həsr olunacaq.

Eyni zamanda qeyd olunur ki, İran XİN rəhbərinin Oman və Rusiyaya planlaşdırılan səfərləri səbəbindən ABŞ ilə təmasların dəqiq vaxtı hələ tam müəyyənləşməyib.