Anita Orban Macarıstanın gələcək hökumətində iki mühüm post tutacaq

65xCyhDgkj9BoUq0w3bWDbPqgoNA7fR7L6gJoUuH_1200

Anita Orban Macarıstanın gələcək hökumətində həm xarici işlər naziri, həm də baş nazirin müavini vəzifəsini icra edəcək.

Xia.az xəbər verir ki, bu barədə “Tisa” Partiyasının lideri, gələcək baş nazir Peter Madyar “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Anita Orban baş nazir olmadıqda hökumət iclaslarını idarə edə və rəsmi tədbirlərdə iştirak edə biləcək.

Bildirilib ki, Anita Orban hazırda Brüsseldə Macarıstana ayrılması nəzərdə tutulan təxminən 35 milyard avronun qaytarılması ilə bağlı danışıqlar aparır. Bu vəsait Avropa İttifaqı tərəfindən əvvəlki hökumətə qarşı hüququn aliliyi və korrupsiya ilə mübarizə ilə bağlı iradlara görə bloklanmışdı.

Qeyd edək ki, Anita Orban seçkidə məğlub olan Baş nazir Viktor Orbanın qohumu deyil.

Yeni parlamentin ilk iclası mayın 9-da keçiriləcək və həmin gün Peter Madyarın baş nazir seçilməsi gözlənilir.