İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQ

SZj22hHuoYSz8goxGq64ci0i303SvWK0qch0en9L_1200

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.

Xia.az  xəbər verir ki, bu barədə bəyanat İranın dövlət televiziyasında səsləndirilib.

“Əgər aqressiv ABŞ ordusu regionda blokada və pirat hərəkətlərini davam etdirsə, bilməlidir ki, İranın güclü silahlı qüvvələrinin cavabı ilə üzləşəcək”, – deyə qərargahın açıqlamasında bildirilib.

Qeyd olunub ki, İran ordusu ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün əvvəlki dövrlərlə müqayisədə daha güclü və hazırlıqlıdır.

Bəyanatda əlavə edilib ki, İran hərbçiləri regiondakı bütün “düşmən hərəkətlərini” diqqətlə izləyir, Hörmüz boğazına nəzarəti qoruyur və mümkün hücumlara ciddi cavab verməyə hazırdır.