Britaniya kralı dördgünlük səfərlə ABŞ-yə gedib
Böyük Britaniya Kralı III Çarlz, həyat yoldaşı, kraliça Kamilla ilə birlikdə ABŞ-yə dördgünlük səfər ediblər.
Xia.az bu barədə CNN telekanalına istinadən xəbər verir.
“Kral Çarlz və kraliça Kamilla ABŞ müstəqilliyinin 250 illiyinə həsr olunmuş dövlət səfərinə başlayaraq, Merilend ştatındakı Endryus birləşmiş bazasına eniş ediblər” – deyə məlumatda qeyd olunur.
Bildirilir ki, səfər İran müharibəsi səbəbindən ABŞ-Böyük Britaniya münasibətlərindəki gərginlik fonunda baş tutur. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin Vaşinqtona hərbi yardım göstərməkdən imtina etməsini kəskin şəkildə tənqid edir.