Mingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİCLƏ YARILDI

TkwKZmuyUZ0xswZCLp9E0hVf0XXHHAZ7pbgb2pSa_1200

Mingəçevirdə mübahisə zamanı 60 yaşlı kişiyə ağır xəsarət yetirilib.

Xia.az “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər küçəsində olub.

Belə ki, mübahisə davaya çevrilib və 1966-cı il təvəllüdlü şəhər sakini Cümşüd Əmrahovun başı kərpiclə vurulan zərbə nəticəsində yarılıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.