Şəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlandı

6ozfJdQGZODNYomeB4bExbGsZcMQZ2pCFYOp3nEv_1200

“Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2004 və 2010-cu il təvəllüdlü iki nəfər (kişi) mayın 6-da saat 02:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

“Onlardan bir nəfərin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Digər şəxs isə öz istəyi ilə Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub”, – deyə məlumatda bildirilib