Hindistanda ata pis qiymət alan qızını mişarla öldürdü
Hindistanın Maharaştra ştatının hüquq-mühafizə orqanları doqquz yaşlı övladına mişarla xəsarət yetirən şəxsi saxlayıb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Xia.az xəbər verir ki, bu barədə məlumatı NDTV telekanalı yayıb.

Araşdırmalara əsasən, məktəbli qız sinifdə ikinci olub, onun ögey qardaşı isə birincilik əldə edib. Valideynlərinin cəzasından çəkinən qız öz qiymətlərini saxtalaşdırmaq qərarına gəlib.
Bu əməlin üstünü açan ata hiddətlənərək mişarla övladına hücum çəkib və ona ağır bədən xəsarətləri yetirib. Nəticədə məktəbli qız dünyasını dəyişib. Ardından cinayətkar ata izi itirmək məqsədilə cəsədi yandırıb və baş verənlərə qəza görüntüsü verməyə cəhd edib.
Ancaq aparılan məhkəmə-tibbi ekspertiza və DNT analizləri cinayətin gerçək səbəbini ortaya çıxarıb. Qatil ata polislər tərəfindən saxlanılıb. Bununla yanaşı, dəlillərin aradan qaldırılmasında ona yardım edən şəriki də həbs olunub.