Paşinyan deputatlığa namizədi dövlətə xəyanətdə ittiham edib

4RWyHQHPsEiChofqHRu6ad7G2xv4lFEktIMqXmZT_1200

Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçkiöncəsi təşviqat kampaniyası zamanı “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.

Xia.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bilirsiniz ki, “Çiçəklənən Ermənistan”ın siyahısında ikinci yerdə Andranik Tevanyandır. Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən edilmiş qaydada İstintaq Komitəsinə cinayət barədə məlumat göndərəcək. Tevanyana qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmasını gözləyirik”, – Paşinyan çıxışı zamanı bildirib.

Baş nazir, həmçinin Ermənistanda casus şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib və hakimiyyətin bununla bağlı tədbir görəcəyini vurğulayıb.

Bundan əvvəl Paşinyan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyana məxsus zavodun milliləşdiriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, daha əvvəl rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətində olduğu kimi, həmin müəssisəyə də müvəqqəti idarəçi təyin olunacaq.

Paşinyanın açıqlamasından sonra Ermənistan Prokurorluğu zavodun özəlləşdirilməsi zamanı qanun pozuntularının aşkarlandığını bildirib. Faktla bağlı cinayət işinin açıldığı və müəssisəyə müvəqqəti idarəçinin təyin olunması üçün hökumətə müraciət edildiyi qeyd olunub.