“Habertürk”ün sabiq baş redaktorunun 286 il həbsi tələb edildi

M74hRdoHKtPnBaxlhYPCaPKx7UcQB86a7CNPYDe8_1200

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində 2025-ci il dekabrın 9-da saxlanılmış “Habertürk TV”nin keçmiş baş redaktoru Mehmet Akif Ersoy haqqında ittihamnamə hazırlanıb.

Xia.az  NTV telekanalına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən “Mehmet Akif Cinayət Təşkilatı”na qarşı aparılan istintaq yekunlaşıb.

“Habertürk”ün sabiq baş redaktoru Mehmet Akif Ersoy ittihamları rədd etdi

Hazırlanmış rəsmi ittihamnamədə 11 qadın zərərçəkmiş qismində yer alıb.

Sənəddə cinayət xarakterli əməllərin mütəşəkkil dəstə daxilində törədildiyi qeyd olunub. İttihamnaməyə görə, təşkilatın rəhbəri Mehmet Akif Ersoy dost və iş mühitindən tanıdığı digər dəstə üzvləri ilə tez-tez narkotik məclisləri təşkil edib. Həmçinin onun bu məclislər zamanı cinsi istəklərini təmin etmək məqsədilə digər qrup üzvlərindən və zərərçəkmiş qadınlardan istifadə etdiyi iddia olunur.

İttihamnamədə Mehmet Akif Ersoy barəsində aşağıdakı maddələrlə cəzalandırılması tələb edilib: cinayətkar təşkilat qurmaq və idarə etmək, 11 dəfə “cinayət tərkibli cinsi təcavüz”, narkotik və ya stimullaşdırıcı maddələrin ticarəti, yaxud tədarükü, narkotik maddələrin istifadəsini asanlaşdırmaq.

Prokurorluq qeyd olunan maddələrin məcmusu əsasında sabiq baş redaktorun ümumilikdə 11 il 3 aydan 286 il 2 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.