Rusiyadan Ermənistana gül qadağası

OuWZvDg3WsN8pbfkEENiSdFzDFwRNdl5P6aYWpeK_1200

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) mayın 22-dən etibarən Ermənistandan Rusiyaya gül məhsullarının idxalına məhdudiyyət qoyulduğunu elan edib.

Xia.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Rosselxoznadzor” 22 may 2026-cı il tarixindən etibarən, Ermənistandakı istixana təsərrüfatlarının yoxlanılması başa çatana və nəticələr təhlil edilənədək bu ölkədən gül məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edir”, – deyə bəyanatda bildirilir.

Qurumdan dəqiqləşdiriblər ki, Ermənistandan gətirilən 96.2 milyon ədəd gül məhsulunun yoxlanılması zamanı Avrasiya İqtisadi İttifaqında (Aİİ) karantin rejimi tətbiq edilən 135 zərərverici növü aşkar edilib.

“Ermənistanın Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanının verdiyi zəmanətlərə baxmayaraq, Aİİ üçün karantin hesab olunan zərərvericilərin aşkarlanması halları hələ də davam edir”, – deyə məlumatda vurğulanır.