Bəzi ərazilərdə yağınıtılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

LmlLhVxxBAwxHbST1hdKrbAKt1HBsfV1KWqu0TUH_1200

Mayın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Xia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Biləsuvarda 62, İsmayıllıda 28, Göyçay, Oğuzda 25, Xızıda 24, Sabirabadda 15, Xaltanda 14, Şabran 13, Zaqatalada 12, Balakən, Lerik, Quba, Gədəbəydə 11, Qobustan, Göygöldə 10, Şəkidə 9, Kürdəmir, Şamaxıda 8, Tərtər, Mingəçevir, Qusar, Qaxda 7, Ağdam, Şahbuz, Gəncə, Daşkəsəndə 5, Şahdağ, Qəbələ, Zərdab, Naftalanda 4, Lənkəran, Astara, Neftçala, Tovuzda 3, Yardımlı, Beyləqan, Ceyrançöldə 2, Xaçmaz, Ordubad, Culfa, Şəmkir, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.