“Bavariya” “Ştutqart”ı darmadağın edərək Almaniya Kubokunu qazandı
Almaniya Kubokunun finalında “Bavariya” və “Ştutqart” komandaları qarşılaşıb.
Xia.az xəbər verir ki, görüşdə Münhen təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb.
Matç Berlindəki “Olimpiya” stadionunda keçirilib.
Baş hakim qismində Bremenli Sven Yablonski çıxış edib.
55-ci dəqiqədə Harri Keyn hesabı açaraq Münhen klubunu önə keçirib, 80-ci dəqiqədə isə dubla imza atıb. 90+2-ci dəqiqədə Keyn penaltini dəqiq yerinə yetirərək het-trik edib.