İlham Əliyev Gürcüstanla sazişi TƏSDİQLƏDİ
Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiq edilib.
President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, sənəd 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb.