Kəlbəcərdə otlaq sahədə mina partladı
Kəlbəcər rayonunda mina hadisəsi baş verib.
Xia.az -ın məlumatına görə, hadisə otlaq sahədə baş verib.
Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur.
Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.