Altı alpinist Elbrus dağında çətin vəziyyətdə qalıb – Axtarışlar aparılır

XbwoTzcdYN8Zlvharvr1LRUKO02b6CudE8m2MqRS_1200

Rusiyanın Kabarda-Balkar Respublikasında yerləşən Elbrus zirvəsində axtarış-xilasetmə əməliyyatı başlayıb. Altı alpinistdən ibarət qrup 5 100 metr yüksəklikdən müstəqil şəkildə enə bilmədiyini bildirərək kömək istəyib.

Xia.az  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hazırda bölgənin turist marşrutlarında 130 qrup qeydiyyatdadır. Onların ümumi sayı 1 077 nəfərdir.

Xatırladaq ki, bundan əvvəl də Elbrusda faciə baş vermişdi. Ata və onun 11 yaşlı oğlu dağa qalxarkən 4 min metrdən çox yüksəklikdən yıxılmışdı. Hadisə nəticəsində uşaq həlak olmuş, atası isə hər iki ayağını sındırmışdı.