Bakıda üç avtomobil bir-birinə çırpıldı

iGhDNhCNOBi8gne7PVNeLnB4WLNaSUvU0xCkWYQR_1200

Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

Xia.az APA-ya istinadla xəbər verir ki, qəza Nizami rayonunun Elşən Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes”, “Toyota Prius” və BYD markalı avtomobillər toqquşub.

Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.