Çində torpaq sürüşməsi və daşqınlar: Ölən var

Cn1JBCOGFXgcltcGEBhQTWRQzxNzqej2BQBsB1BV_1200

Çinin şərqindəki Çjetszyan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər isə itkin düşüb.

Xia.az  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət Çanqsinq bölgəsində qeydə alınıb. İlkin araşdırmalar göstərib ki, sürüşməyə şiddətli yağışdan sonra yaranan qəfil sel səbəb olub. Agentlik axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.