Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü

MaCg8n9IVqFSH2NbUwCyZQVOLfEs5o1hKQZDsewF_1200

Sumqayıt şəhərində fəaliyyət göstərən kafe yanıb.

Xia.az  “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Məlumata görə, Anar Xanhüseyn oğlu Mirzəliyevin icarəsində olan, ümumi sahəsi 200 kvadratmetr təşkil edən “Qızıl Qaya” kafesi tamamilə yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.