Xırdalanda yaşayış kompleksində yanğın baş verib
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.
Xia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunub.