Azərbaycana böyük investisiya yatırılır: 600 iş yeri açılacaq
“Litva şirkəti Araz Vadisi İqtisadi Zonasında mebel istehsalı müəssisəsi qurur”.
Xia.az -ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, müəssisənin fəaliyyətə başlaması 600 yeni iş yerinin yaradılması deməkdir:
“Nəqliyyat-logistika imkanları barədə danışarkən Bakı Ticarət Limanının potensialı və onun artırılması planları ilə bağlı da fikir mübadiləsi aparılıb. Humanitar sahədən danışdıqda isə qeyd etməliyik ki, 800-ə qədər azərbaycanlı tələbə Litvada təhsil alır. Bundan başqa, ötən il ölkəmizə 3 000-dən çox litvalı turist gəlib. Ona görə də, birbaşa uçuşların gündəmdə saxlanılması zəruridir”.