Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü

02bucYDZuFVRD6ffKSV2bIC8geXXdGM4o5NCRlfM_1200


Göyçay rayonunda üçaylıq körpə ölüb.

Xia.az -ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan qadın üçaylıq körpəsi qucağında yaşadığı ünvanda evdən həyətə düşərkən pilləkəndən yıxılıb və qucağında olan körpə əlindən düşərək baş nahiyəsi yerə çırpılıb. Körpə aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.