Şəhid anası: “Düşünə bilmədiyimiz bir möcüzəni bizə yaşatdınız”

IorhUsX6t4kbMQPYu54Bx9lffldC5u2yzMbLS2Kz_1200


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Xia.az xəbər verir ki, “Vətənə xidmətə görə” ordeninin sahibi şəhid Ziyadxan Əliyevin anası Prezidentlə görüşdə Azərbaycan Ordusunun gücündən, xalqın birliyindən və qazanılan zəfərdən danışıb.

O, çıxışında minnətdarlığını ifadə edib:

“Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın”.

Şəhid anası daha sonra dövlət başçısına dəstəyini belə ifadə edib: “Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz”.