Litva Aİ-nin 27 üzv ölkəsinin Azərbaycanla bağlı ortaq mövqeyə gəlməsinə çalışacaq
“Litva Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə qurumun 27 üzv ölkəsinin Azərbaycanla bağlı ortaq mövqeyə gəlməsinə çalışacaq”.
Xia.az -ın məlumatına görə, bunu Litva xarici işlər naziri (XİN) Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi və münasibətlərin strateji səviyyəyə yüksəldilməsi üçün siyasi çərçivənin formalaşdırılmasına ehtiyac var:
“Bu prosesdə Litvanın xüsusi rolu olacaq. 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrliyi həyata keçirəcəyik. Bu o deməkdir ki, biz qərəzsiz və dürüst vasitəçi kimi çıxış edərək 27 üzv ölkənin Azərbaycanla bağlı ortaq mövqeyə gəlməsinə çalışacağıq. Bunun nə üçün vacib olduğunu izah edəcək, razılığa gəlməyə və irəliləməyə çağıracağıq. Bu, qarşıdakı illərdə əməkdaşlığımızı asanlaşdıracaq”.