“Xia.az” xəbər verir ki, Qarabağ Suvarma Kanalında təmir-bərpa işləri aparılır. Bu barədə Qarabağ Suvarma Kanalı özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Təmir-bərpa işləri çərçivəsində kanalının suqəbuledici qurğusunda su sızmasının qarşısının alınması, kanalın Yevlax sahəsinin sol sahildə lildən təmizləmə, sel ötürücülərə əlavə yeni beton borunun salınması, meşə zolağında ağacların budanması, kol-kosdan təmizləməsi, müxtəlif paketlərdə lildən təmizlənmə, paylayıcı qurğuların təmiri, kanalda aşağı portalda yerləşən baş qurğuda sazlama işləri, kanalın mühafizə zonalarında mövcud meşə zolaqlarının suvarılması üçün suvarma kanallarının qazılması, müxtəlif ağac növlərinin əkilməsi, bənd bərkitmə işləri, kanal üzərində səviyyəqaldırıcı qapının ox – başlıqlarının və qapının metal lövhələrinin təmiri, kanaldan su götürən boruların qarşısında su tənzimləyən qapıların quraşdırılmması, qəza qapılarının təmiri, sel ötürücülərinin çıxacaq hissəsində yaranmış sızmanın qarşısının alınması və digər kompleks işlər uğurla aparılır.
Onu da qeyd edək ki, Qarabağ Suvarma Kanalı 1951-ci ildə layihələndirməyə başlanmış və 1958-ci ildə istismara verilmişdir. Mənbəyini Mingəçevir su anbarından götürən kanal uzunluğuna görə respublikada Samur-Abşeron kanalından sonra ikinci yeri tutur və bir neçə rayonu su ilə təmin edir.
