Azərbaycan Ordusunda əsgərlərin andiçmə mərasimlərinin vaxtı açıqlandı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Azərbaycan Ordusunda əsgərlərin andiçmə mərasimlərinin vaxtı açıqlandı

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri fevralın 16-da keçiriləcək.

Xia.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

“Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda vurğulanır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?