Ağdaşda narkotik satışı ilə məşğul olan şəxs HƏBS OLUNDU - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ağdaşda narkotik satışı ilə məşğul olan şəxs HƏBS OLUNDU

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin satışını təşkil edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Nurlan Aqdamifar saxlanılıb.

Xia.Az xəbər verir ki ,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ondan 300 qram marixuana və rayon ərazisindəki meşəlikdə gizlətdiyi 1 kiloqram 450 qram heroin aşkar olunub.

Saxlanılan şəxs narkotik vasitələri pul qarşılığında paytaxtdan Ağdaşa gətirdiyini və burada satışını planlaşdırdığını bildirib. Araşdırmalarla onun bir neçə gün əvvəl mikroavtobusdan akkumulyator oğurladığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Aqdamifari barəsində həbs qətimkan tədbiri seçilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?