Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

İlham Əliyevdən Şahin Bağırovla bağlı sərəncam

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsinə layiq görülüb.

Xia.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işi fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.

2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Həmin ilin fevralın 3-də Prezidentin müvafiq sərəncamı ilə ona “gömrük xidməti general-leytenantı” rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini vəzifəsindən azad edilib.

18 iyul 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, eyni zamanda, ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.

14 fevral 2023-cü ildə DGK-nın sədri vəzifəsinə təyin edilib.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu
Next Post: Avtomobildə yatan sürücünün mobil telefonunu oğurlayan şəxs saxlanılıb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme