“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq”.
Xia.Az Pakistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Atta Tarar məlumat verib.
“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı da mümkündür”, – A.Tarar qeyd edib.
Məlumat üçün əlavə edək ki, “JF-17 Thunder” qırıcıları Çin və Pakistan tərəfindən birgə işlənərək hazırlanıb. Qırıcı sürətini saatda 2 205 kilometrədək artırmaq qabiliyyətinə malikdir. O, “hava-hava” və “hava-yer” təyinatlı raketləri və digər silahları daşıya bilir.