General ekspertizadan imtina etdi - Həbsdə qaldı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

General ekspertizadan imtina etdi – Həbsdə qaldı

Xia.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkum generalın sonuncu müraciəti ilə bağlı ötən gün qərar açıqlanıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 il 6 aylıq həbsə məhkum edilmiş generalı Elçin Quliyevin azadlığa çıxmaq məqsədilə məhkəməyə müxtəlif əsaslarla etdiyi müraciətlər davam edir.

General Quliyev ərizəsində yazırdı ki, o, həbsdə ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən vaxtından əvvəl cəza çəkməkdən azad olunmaq istəyir.

Məlumat üçün deyək ki, ağır xəstəlikdən əziyyət çəkən məhkumlar həkim komissiyasının rəyi ilə vaxtından tez azadlığa buraxıla bilər.

6 ay əvvəl Xəzər Rayon Məhkəməsi məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin etmişdi. Maraqlıdır ki, Elçin Quliyev müayinə edilmək üçün cəzaçəkmə müəssisəsindən çıxmaqdan imtina edib. Bu barədə məhkəməyə məlumat daxil olub.

Belə olan halda hakim İlham Cəfərzadə yekun qərarını elan edib. Elçin Quliyevin müraciəti rədd edilib.

Generalın cəza müddətinin bitməsinə isə 1 il qalıb.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?