Sabirabadda avtomobil su kanalına aşdı: Xəsarət alanlar var - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Sabirabadda avtomobil su kanalına aşdı: Xəsarət alanlar var

Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var.

Xia.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil qəflətən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xəsarət alanlar təxliyə edilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?