Azərbaycan ərazisində martın 2-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Xia.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ayın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə gecə 19-24° şaxta, gündüz 0-5° şaxta olacaq.