Sabirabadda avtomobil kanala aşdı: Yaralananların SON DURUMU AÇIQLANDI - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Sabirabadda avtomobil kanala aşdı: Yaralananların SON DURUMU AÇIQLANDI

Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində xəsarət alan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Martın 2-də saat 10:30-da baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (hər biri kişi cinsli olmaqla) Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün müvafiq tibb müəssisəsinə təxliyə olunub”, – deyə məlumatda qeyd olunub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?