ABŞ Prezidenti Donald Tramp ölkədə ingilis dilinin rəsmi dil kimi tanınması barədə fərman imzalayıb.
Xia.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, fərmanın məqsədi ölkə vətəndaşları arasında birliyi və ümumi mədəniyyəti möhkəmləndirməkdir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, amerikalıların 78%-dən çoxu evdə yalnız ingilis dilində danışır, lakin milyonlarla insan ispan, Çin və digər dillərdən istifadə edir. İspan dili əhalinin 10%-dən çoxunun ana dilidir.
Xatırladaq ki, əvvəllər ABŞ-də rəsmi olaraq müəyyən edilmiş dövlət dili olmayıb.